Braziliya prezidenti Dilma Rousseff vəzifədən kənarlaşdırılıb

Dilma Rousseff 29 avqust, 2016 Fotonun müəllifi Getty Images
Image caption Dilma Rousseff bazar ertəsi özünü müdafiə etmək üçün Senata gəlib

Braziliya parlamentinin yuxarı palatası olan Senat prezident Dilma Rousseff-i büdcə pozuntularına görə vəzifədən kənarlaşdırıb.

Bu, solçu Fəhlə Partiyasının 13 illik hakimiyyətinə son qoyub. Xanım Rousseff ittihamları rədd edir.

61 senator onun istefasının leyhinə, 20 senator isə əleyhinə səs verib.

Onun yerinə Michel Temer prezident kimi and içib və 2019-cu il yanvarın 1-dək hakimiyyətdə olacaq.

Mərkəz-sağçı PMDB partiyasından olan siyasətçi xanım Rousseff-in impiçment prosesində prezident səlahiyyətlərini icra edib.

Səsvermədən sonra ilk iclasını keçirmiş cənab Temer deyib ki, onun hakimiyyətə gəlişi "yeni dövrün" başlanğıcıdır.

Fotonun müəllifi AP
Image caption Cənab Temer impiçment səsverməsindən iki saat sonra Konqresə gəlib

Dilma Rousseff-in prezident vəzifəsindən kənarlaşdırılması Braziliya ilə Cənubi Amerikanın üç solçu hökuməti arasında gərginliyə səbəb olub.

Braziliya və Venesuela səfirlərini geri çağırıblar. Braziliyanın Boliviya və Ekvadordakı səfirləri də geri çağırılıb.

Əlaqəli mövzular