Franz Beckenbauer 2006-cı il Dünya Çempionatına görə dindirilir

Franz Beckenbauer Fotonun müəllifi AP
Image caption Cənab Beckenbauer korrupsiya ilə bağlı ittihamları rədd edib

İsveçrəli prokurorların BBC-ə bildirdiyinə görə onlar alman futbol əfsanəsi Franz Beckenbauer-i korrupsiya ilə bağlı istintaqa cəlb ediblər.

Mart ayında FİFA, Almaniyanın 2006-cı il Dünya Çempionatına ev sahibliyi haqqını qazanmasında iştirakı olan altı nəfəri nəzarətdə saxlayıb.

İsveçrəli ittihamçıların bildirdiyinə görə onların başlatdıqları təhqiqat FİFA-nın apardığı araşdırma ilə əlaqələndirilib.

Ev sahibliyi ilə bağlı təklifin irəli sürülməsi prosesinə başçılıq etmiş cənab Beckenbauer, korrupsiya barədə ittihamları rədd edib.

Keçən ilin oktyabr ayında o, tender prosesində "səhv etdiyini" bildirib, lakin səs verənlərin pulla alınması ittihamını rədd edir.

2000-ci ildə keçirilmiş səsvermədə Almaniya Cənubi Amerikanı 12-11 səs çoxluğu ilə məğlub etmişdi.

Ətraflı məlumatın cümə axşamı İsveçrənin baş prokuroru tərəfindən açıqlanacağı gözlənilir.

Dəqiq neçə futbol rəsmisinin istintaqa cəlb olunduğu hələ məlum deyil.

Əlaqəli mövzular