Kərimovun doğma Səmərqənd şəhərində aeroport qapalıdır

Səmərqənd şəhəri Fotonun müəllifi RIA Novosti
Image caption Mətbuat Səmərqənddə İslam Kərimovun dəfninə hazırlığın görüldüyünü təsdiqləyib, baxmayaraq ki, onun ölümü rəsmi təsdiqini tapmayıb

ABŞ-da mülki aviasiyaya nəzarət edən Federal Aviasiya Administrasiyası bildirir ki, Özbəkistanın Səmərqənd şəhərindəki aeroport şənbə günü, sentyabrın 3-də rəsmi təsdiqlənmişlərdən savayı bütün təyyarələr üçün qapalı olacaq.

Bü günə icazələrin hamsı ləğv olunub, qurumun saytında bildirilir.

Özbəkistan prezidenti İslam Kərimov kritik vəziyyətdədir, cümə günü ölkəsinin Nazirlər Kabineti bildirib.

"Ötən sutka ərzində prezidentimizin səhhətində ciddi şəkildə pisləşmə baş verib və həkimlərin qənaətinə görə onun vəziyyəti kritik kimi dəyərləndirilir", - hökumətin açıqlamasında deyilir.

Bu bəyanat eyni zamanda dövlət radio və telekanalların diktorları tərəfindən səsləndirilib.

Hökumətin açıqlmasında İslam Kərimovun səhhətilə bağlı təfərrüatlar verilmir.

Fotonun müəllifi Reuters
Image caption İslam Kərimov 1991-ci ildən fasiləsiz olaraq Özbəkistanın prezidentidir

Bundan sonra Reuters agentliyi adı açıqlanmayan 3 diplomatik mənbəyə istinadən İslam Kərimovun vəfat etdiyini xəbər verib. Hərçənd ki, bu məlumat rəsmi şəkildə təsdiq olunmayıb.

Müxalif media deyir ki, 78 yaşlı cənab Kərimov vəfat edib.

Şənbə günü o beyin qansızması keçirdikdən sonra xəstəxanaya yerləşdirilib.

Bazar günü yerli hökumət detallara varmadan məlumat yayıb ki, cənab Kərimov müalicə alır.

Növbəti gün, prezidentin qızı deyib ki, o beyin qansızmasından əziyyət çəkir.

Əvvəllər prezidentin sağlamlığı haqqında məlumat sirr kimi saxlanırdı, BBC-dən Abdujalil Abdurasulov deyir və bu həftə hökumət ilk dəfə olraq bununla bağlı məlumat yayıb.

Həmçinin oxu: İslam Kərimovun xəstəliyi, intriqalar və hakimiyyət oyunları

Cənab Kərimov son dəfə avqustun 17-də dövlət televiziyasında Cənubi Koreyanın daxili işlər naziri ilə iclasda görünüb.

Bundan əvvəl Özbəkistanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı rəsmi təntənələr ləğv olunub. Adətən bu bayramda İslam Kərimov ictimaiyyət qarşısına çıxardı.

Cümə axşamı günü Fergana.ru xəbər saytı Kərimovun doğma Səmərqənd şəhərində prezidentin dəfninə fəal hazırlığın aparıldığını bildirib.

O, 1991-ci ildə müstəqillik qazanmazdan əvvəl SSR Ali Sovetinin sessiyasında prezident seçilib və müstəqillik dövründə ümumxalq seçkilərində qalib gələrək indiyə kimi fasiləsiz olaraq prezidentdir.

2002-ci il 27 fevralda keçirilmiş ümummilli referendumun nəticəsində Özbəkistanda prezidentlik müddəti 5 ildən 7 ilədək artırılıb.

Bu barədə daha geniş