Alan Kurdinin atası faciədən bir il sonra miqrantlar üçün çağırış edib

Alan Kurdinin atası Abdullah, arvadı və uşaqlarını Türkiyədə morqda tərk etdikdən sonra, 3 sentyabr 2015 Fotonun müəllifi Reuters
Image caption Alan Kurdinin atası Abdullah, arvadı və uşaqlarını Türkiyədə morqda tərk etdikdən sonra, 3 sentyabr 2015

Bir il bundan əvvəl ailəsinin Suriyanı tərk etməyə çalışdığı zaman boğularaq ölmüş üç yaşlı Alan Kurdinin atası Avropanı qapılarını miqrantlar üçün açmağa çağırıb.

Abdullah Kurdi BBC-ə bildirib ki, o hələ də dünya liderlərinin Suriyada müharibəni dayandıra biləcəyinə ümid edir.

Alanın bir il bundan əvvəl Türkiyə sahillərində qalmış cəsədini göstərən şəkillər dünyanın diqqətini qaçqın böhranına yönəltmişdi.

Alanın qardaşı Qalib və anası Rihan da Yunanıstanın Kos adasına yolda qayıqlarının batmasıyla boğulmuşdu.

Abdullah Kurdi hadisədən sağ qalaraq hazırda İraqın şimalında yaşayır.

O BBC müxbiri Fergal Keane-ə bildirib ki, oğlu haqqında hər gün fikirləşir, lakin onların ölümünün bir illiyi xüsusilə çətindir.

Həmçinin izləyin

Dənizdə boğulan uşağın fotosu dəhşət yaradıb

Alan Kurdi, qardaşı və anası Kobanidə dəfn edilib

Fotonun müəllifi AP
Image caption Alan Kurdi (solda) beş yaşlı qardaşı Qalib və anaları ilə birgə ölüb

"Hər gün olnar barədə düşünürəm, ancaq bu gün mənə elə gəldi ki, yanıma gəlib mənimlə birgə yatdılar. Bu məni çox kədərləndirir," o deyib.

"Birinci dünya qaçqınlara kömək etmək üçün narahat idi. Lakin bu heç bir ay da çəkmədi. Əslində vəziyyət daha da pisləşib. Müharibə güclənib və daha çox insan ölkəni tərk edir.

"Ümid edirəm ki, dünya liderləri çalışıb müharibəni dayandıra bilərlər və insanlar normal həyatlarına qayıda bilər".

Faciədən sonra cənab Kurdi arvadı və uşaqlarının cəsədlərini dəfn etmək üçün Suriyanın şimalında yerləşən Kobani şəhərinə aparıb.

Fotonun müəllifi AP
Image caption Alanın cəsədi Türkiyənin Bodrum şəhəri sahillərində tapılıb
Fotonun müəllifi Getty Images
Image caption Hindistanlı heykəltaraş Sudarsan Pattnaik Alanın cəsədini əks etdirən qumdan abidə yaradıb

2015-ci ildə Türkiyədən Avropaya qayıqlarla bir milyondan çox qaçqın səyahət edib.

Lakin insan qaçaqçılarının qayıqlarının batmasıyla minlərlə insan boğulub.

Mart ayında Türkiyə məhkəməsi Alanın ölümünə görə iki suriyalını dörd il azadlıqdan məhrum edib.

Aİ ilə Türkiyə arasında razılaşmanın ardından Aralıq dənizi ilə insan axını azalıb.

Lakin hələ də Şimali Afrikadan, xüsusilə də Liviyadan minlərlə insan Avropaya çatmağa cəhd göstərir.

Əlaqəli mövzular

Bu barədə daha geniş