Suriya: Obama Rusiya ilə razılaşma imkanlarına şübhə ilə yanaşır

Barack Obama Fotonun müəllifi AP
Image caption Ağ Ev bəyan edib ki, sammit zamanı cənab Obama və Rusiya prezidenti Vladimir Putinin görüşü gözlənilir.

ABŞ prezidenti Barack Obama bildirib ki, ABŞ Suriyada zorakılığa son qoyulması məsələsi barədə Rusiya ilə razılığa gəlmək imkanlarına şübhə ilə yanaşır, lakin cəhdləri davam etdirmək lazımdır.

Cənab Obama bu sözləri Çində, "Böyük İyirmiliy"in samminitindən öncə deyib.

Onun sözlərinə görə, Rusiya və ABŞ arasında Suriyada vətəndaş müharibəsinin başa çatması, o cümlədən Rusiya və ABŞ-ın məhz hansı müxalifət qruplaşmalarının mövqelərinə zərbə endirilməsi üçün konkret addımların atılması ətrafında "ciddi fikir ayrılığı" qalmaqdadır.

Lakin ABŞ liderinin sözlərinə görə, razılaşmalara nail olmaq cəhdlərini davam etdirmək lazımdır və hər iki ölkənin nümayəndələri bu məsələ üzərində demək olar ki, gecə-gündüz işləyir.

"Biz hələ məqsədə çatmamışıq, ona görə düşünürəm ki, qarşımızda açıq yol olmasını demək tezdir, lakin ən azı hansısa irəliləyişə nail olmağın mümkünlüyü mövcuddur."

Razılaşma bazar günü ABŞ Dövlət Katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüşdə əldə edilə bilər, məlumatları ictimaiyətə yaymaq hüququ olmayan yüksək rütbəli ABŞ rəsmisi AP-ə bildirib. Onun sözlərinə görə, tərəflər razılaşmanın əldə edilməsinə yaxın olsalar da, həll edilməmiş məsələlər qalır.

Cənab Kerry və cənab Lavrov Suriyada ABŞ və Rusiyanın özünü İslam Dövləti adlandıran qrupa və başqa radikal qruplaşmalara qarşı birgə hərbi əməliyyatlar aparmaq ətrafında həftələrdir müzakirələr aparır. Razılaşmalar paketinə Suriyada mühasirədə saxlanılan ərazilərə yardım çatdırılması və prezident Bəşər Əsədin qüvvələrinin ABŞ-ın yardım etdiyi qiyamçıları bombalamaqdan çəkindirilməsi də daxildir.

ABŞ istəyir ki, Rusiya diqqətini İD və əl-Qaida üzərində cəmləşdirsin.

Ağ Ev bəyan edib ki, sammit zamanı cənab Obama və Rusiya prezidenti Vladimir Putinin görüşü gözlənilir.

Bazar günü Barack Obama Britaniyanın yeni baş naziri Theresa May və Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşüb.