Suriya: ölümcül partlayışlar hökumət və kürd bölgələrini hədəf alıb

Homs Fotonun müəllifi AFP
Image caption Homsda partlayış böyük dağıntıya səbəb olub

Suriyada hökumət və kürdlərin nəzarət etdiyi ərazilərdə baş vermiş güclü partlayışlar nəticəsində ən azı 20 nəfər həlak olub, dövlət mediası xəbər verir.

Partlayışlar sahilyanı Tartus, mərkəzi Homs, Dəməşq və kürdlərin nəzarətində olan Hassaki şəhərlərində baş verib, məlumatda deyilir.

Əksəriyyət Rusiyanın Suriyadakı bazalarının yerləşdiyi Tartus şəhərində baş vermiş partlayışda həlak olub.

Şəhər sonuncu dəfə may ayında özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın həyata keçirdiyi bombalanmaya məruz qalmışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş