Qorillalar nəsli kəsilmək təhlükəsilə üz-üzədir

Şərq qorillası nəsli kəsilməyə doğru gedir. Fotonun müəllifi PA
Image caption Şərq qorillası indi nəsli kəsilmək təhlükəsində olanlar siyahısındadır.

Qanunsuz ovçuluq dünyanın ən iri primatı olan şərq qorillasını nəsli kəsilmək təhlükəsilə üz-üzə qoyub, beynəlxalq mühafizə qrupu deyir.

Təbiəti Mühafizə üçün Beynəlxalq Birlik (IUCN) deyir ki, mərkəzi Afrika təbiətində bu heyvanlardan cəmi 5000-i qalıb.

Şərq qorillalarının sayı son iyirmi ildə 70 faizdən artıq aşağı düşüb.

Böyük meymunların hər altısından dördü indi kritik olaraq nəsli kəsilmə təhlükəsindədir, IUCN deyir.

Bu, onların nəsli kəsilməkdən cəmi bir addım uzaqda olması deməkdir.

"Bu gün kədərli bir gündür, çünki IUCN Qırmızı siyahısı göstərir ki, biz öz yaxın qohumlarımızdan bəzilərini məhv edirik", IUCN direktoru Inger Andersen jurnalistlərə deyib.

Hesabata görə, nəsli kəsilməkdə olan digər meymunlar qərb qorillası, Bornean oranqutanı və Sumatra oranqutanıdır.

Digər iki böyük meymun - şimpanze və bonobo da nəsli kəsilməkdə olan heyvanlar kimi qeydə alınıb.

Pandalar

Ancaq mühafizə səyləri nəhəng panda haqqında kədərli gələcək proqnozlarını aradan qaldırıb.

Bu, çox sevilən heyvanın rəsmi statusu "nəsli kəsilməkdə olan"dan "təhlükəyə həssas"a çevrilib. Bunun səbəbi Çində pandaların nəslinin artmasıdır.

Beynəlxalq Qırmızı Siyahıda 82,954 canlı - bitkilər və heyvanlar var.

Onlardan təqribən üçdə biri - 23 928-i nəsli kəsilmək təhlükəsilə üz-üzədir.

Əlaqəli mövzular