Obama "fahişə" atmacasından sonra Filippin lideri ilə görüşü ləğv edib

Fotonun müəllifi AP
Image caption Radrigo Duterte regional məsələlərin müzakirəsinə qatılmaq üçün Laosa gəlib

ABŞ prezidenti Barack Obama bir müddət əvvəl onu "fahişənin oğlu" adlandıran ixtilaflı Filippin prezidenti Rodrigo Duterte ilə görüşü ləğv edib.

Cənab Obama deyib ki, o Filippində narkotiklə əlaqəli insanların məhkəmədən kənar öldürülməsi məsələsini qaldıracaqdı.

Lakin narkotik satıcılarının öldürülməsinə sanksiya qoyan cənab Duterte deyib ki, əgər bu baş verərsə "Putang ina (fahişə oğlu) mən bu forumda sizi söyəcəm."

Katiblər deyib ki, cənab Obama bunun əvəzində Cənubi Koreya prezidenti ilə görüşəcək.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib ki, cənab Obama Laosda keçiriləcək Cənub-şərqi Asiya Dövlətləri Assosiasiyası tədbirində Park Geun-hye-la danışmaq istəyir.

Cənab Obama G20 Sammitinə qatıldıqdan sonra Filippindəki insan haqları pozuntuları ilə bağlı narahatlıq haqda danışmaq üçün Laosa uçub.

Bazar ertəsi günü Laosa uçmazdan əvvəl cənab Duterte təklifi qabardıb və deyib ki, bunu demək "kobudluqdur" və o, ABŞ prezidentini söyüb.

Bundan sonra o, iyun ayında vəzifəyə keçməsindən bu yana narkotik istifadəçisi və satıcılıqda şübhəli bilinən 2400 nəfərin ölümünə gətirib çıxaran anti-narkotika kampaniyası haqqında danışıb.

"Narkotikaya qarşı kampaniya davam edəcək. Çoxları öləcək, küçəyə çıxan sonuncu satıcıya qədər çox sayda insan qətlə yetiriləcək.. narkotik istehsal edən sonuncu adam öldürülənə qədər biz davam edəcəyik."

Təhqirlərin tarixi

Prezident Duterte-nin məşhur insanlara qarşı təhqiredici söz işlətməsi ilk dəfə deyil.

O, Roma Papası Francis-i "fahişə oğlu", Dövlət katibi John Kerry-ni "dəli" adlandırmış və bu yaxınlarda ABŞ-ın Filippindəki səfirinə "fahişənin gey oğlu" deyə müraciət etmişdi.

Jurnalistlər deyir ki, bu cür rəngarəng danışıq yerli, məişət səviyyəsində keçərlidir, lakin beynəlxalq səviyyədə bu, cənab Duterte-yə baha başa gələ bilər.

BMT birmənalı qaydada cənab Duterte-nin siyasətini insan haqlarının kobud pozulması kimi pisləyib. Avqustda, BMT-nin insan haqları üzrə iki eksperti deyib ki, cənab Duterte-nin narkotik alverində şübhəli bilinən insanları birbaşa öldürməsi "beynəlxalq hüquq normalarına görə, zorakılıq və qətl cinayətə təhrikçilik" deməkdir.