ABŞ media şirkəti olan Liberty Media Formula 1-i alır

Əməliyyat ümumilikdə 8 milyard dollara başa gəlir, lakin Formula 1-ə ilkin borc 4,1 milyard həcmindədir Fotonun müəllifi AFP
Image caption Əməliyyat ümumilikdə 8 milyard dollara başa gəlir, lakin Formula 1-ə ilkin borc 4,1 milyard həcmindədir

ABŞ şirkəti olan Liberty Media təsdiq edib ki, o Formula 1-i 4,4 milyard dollara alır.

Bernie Ecclestone baş icraçı olaraq qalacaq, lakin 21st Century Fox-un sədr müavini Chase Carey yeni sədr olacaq.

Liberty Media idmanın bir neçə növündə və əyləncə sahəsində paya malikdir.

Milyarder John Malone-yə məxsus olan Liberty, ilkin mərhələdə dünyaca məşhur maşın yarışı şirkətinin az bir payını alacaq. Yarışın bütövlüklə alınması tərəflər sövdələşməni tam təsdiq etdiyi halda baş tutacaq.

Əməliyyat ümumilikdə 8 milyard dollara başa gəlir, lakin Formula 1-ə ilkin borc 4,1 milyard həcmindədir.

"Biz Formula 1-in bir hissəsi olmağa çox şadıq", Liberty Media-nın baş icraçı direktoru Greg Maffei deyir.

"Biz düşünürük ki, bizim media və idman sahəsindəki uzun müddətli bacarıq və təcrübəmiz imkan verəcək ki, biz Formula 1-in yaxşı idarəçiləri olaq və azarkeçlərə, komandalara və səhmdarlara fayda verək."

Cənab Ecclestone deyib: "Mən Liberty Media və Chase Carey-ə, Formula 1-ə xoş gəlmisiniz deyirəm və onlarla işləməkdən məmnunluq duyuram."

Bir qədər əvvəl o, Reuters xəbər agentliyinə müsahibəsində demişdi ki, ondan daha 3 il vəzifəsində qalmaq xahiş olunub və Londonda danışıqlar aparmaq üçün sentyabrın 18-i Sinqapurda keçirilən Grand Prix yarışına qatıla bilməyəcək.

Fotonun müəllifi Getty Images
Image caption Cənab Ecclestone deyib ki, şirkət ondan daha 3 il vəzifəsində qalmağı xahiş edib

Bu, idman tarixində ən böyük sövdələşmələrdən biri və F1 tarixində ən vacib andır, BBC idman redaktoru Dan Roan yazır.

"Bernie Ecclestone-nun uzun illər etdiyi rəhbərlik altında avtoyarışda dünyaca məşhurlaşma, mənfəət və yeni yarışların təşkili cəhətdən xüsusi inkişaf oldu. Liberty Media bu xüsusiyyətlərə söykənərək idman yarışına, xüsusilə Amerikadan olmaqla yeni fanatların cəlbinə ümid edəcək", redaktor yazır.

85 yaşlı cənab Ecclestone artıq 40 ildir bu idman yarışına rəhbərlik edir.

Liberty Media yarışdakı payını özəl investisiya şirkəti olan CVC Capital-dan alır.

CVC son on ildə yarışda müəyyən paya malik olub, lakin 2012-ci ildə payının bir hissəsini satıb.