ABŞ prezidenti Putini tərif etdiyi üçün Trump-ı tənqid edib

Barack Obama Fotonun müəllifi SAUL LOEB/ Getty
Image caption ABŞ prezidenti Barack Obama deyib ki, Donald Trum ABŞ prezidenti olmağa "layiq deyil"

Donald Trump rəqibi Hillary Clintonla birgə veteranların suallarına cavab verərkən Rusiya prezidenti Vladimir Putini tərifləyib.

Respublikaçılardan prezidentliyə namizəd deyib ki, Rusiya prezidenti "bizim prezidentdən [Obama] daha yaxşıdır".

Bundan sonra Barack Obama cənab Trump-ı "düşüncəsiz" və "məlumatsız" adlandırıb.

Laosda çıxışı zamanı cənab Obama deyib ki, hər dəfə cənab Trum danışanda aydın olur ki, respublikaçı namizəd prezidentliyə layiq deyil.

"Mən hesab edirəm ki, bu adam ABŞ prezidentliyinə uyğun biri deyil və hər dəfə o çıxış edəndə bu mülahizə öz təsdiqini tapır," cənab Obama deyib.

Donald Trump-ın cənab Putini tərifləməsindən əvvəl ABŞ müdafiə naziri Ash Carter Rusiyanı beynəlxalq qeyri-sabitlik toxumu səpməkdə ittiham edib.

Fotonun müəllifi AP
Image caption Bu ilk dəfə deyil ki, cənab Trump Rusiya prezidentini tərifləyir

Ağ Evə namizədlər çərşənbə gecəsi yarım saat aralarla çıxış ediblər.

NBC aparıcısı Matt Lauer-in cənab Putinlə bağlı sualına cavab verən cənab Trump deyib: "Onun 82 faiz reytinqi var".

"Məncə onun məni dahi adlandırdığı komplimenti qəbul etməliyəm," cənab Trump əlavə edib.

O deyib ki, cənab Putinin "ölkəsi üzərində mükəmməl nəzarəti var".

Cənab Trump həmçinin hesab edir ki, noyabr ayında seçilərsə, "Məncə onunla yaxşı münasibət saxlaya biləcəm".

Bu ilk dəfə deyil ki, cənab Trump Rusiya lideri barədə xoş sözlər deyir.

Keçən ilin dekabr ayında o demişdi ki, "cənab Putinin onu istedadlı insan adlandırması böyük şərəfdir".

Bu barədə daha geniş