Rusiya: Arktika nikel zavodu yaxınlığında qırmızı rəngə boyanmış çay tədqiq edilir

Zvezda TV Fotonun müəllifi Screenshot
Image caption Müdafiə nazirliyinin kanalı olan Zvezda TV qırmızı rəngli çayın görüntüsünü saytlarında paylaşıb

Rusiyalı müfəttişlər Norilsk Nikel mədən kompleksi yaxınlığındakı çayın qırmızı rəngə boyanmasının səbəblərini öyrənməyə çalışırlar.

Qırmızı rəngə boyanmış Daldıkan çayının şəkilləri Rusiya mediasında geniş yayılıb.

Rossiyskaya Qazeta xəbər verir ki, mis-nikel konsentratlarının axıdıldığı boru kəmərinin deşilməsi buna səbəb ola bilər.

Norilsk Nikel dünyanın ən böyük nikel və palladium istehsalçısıdır.

Onun nəhəng sobaları Sovet vaxtında Sibirdə, Taymır Yarımadasında tikilib.

Mədən qrupunun Daldıkan çayı yaxınlığında istehsal müəssisəsi var. Lakin şirkət rəsmilərinin bildirdiyinə görə çayın çirklənməsindən xəbərdar olmayıblar.

Norilsk Nikelin prezidenti milyardçı oliqarx Vladimir Potanindir.

Əlaqəli mövzular