1.5 milyona yaxın müsəlman Həcc ziyarətinə başlayır

Zəvvarlar Fotonun müəllifi EPA
Image caption Həcc ziyarətinə 1.5 milyona yaxın adam qatılıb

Səudiyyə Ərəbistanında 1.5 milyon müsəlman həcc ziyarətinə qatılmağa hazırlaşır.

Ötən il Məkkə yaxınlığında yaranmış basabas 2 mindən artıq zəvvarın ölümü ilə nəticələnmişdi. Ölənlər arasında çox sayda İran vətəndaşları da olub.

Hadisənin ardınca Həccin təşkilinə görə Səudiyyəni tənqid edən İran bu il vətəndaşlarının Məkkəyə getməyəcəyini bildirib.

Səudiyyə hakimiyyəti təhlükəsizlik tədbirlərini sərtləşdirməkdədir. Məkkədəki əl-Həram, yəni Böyük Məscidin ətrafında avtomobill hərəkəti yasaqlanıb.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Həccə gedən zəvvarlara qolbağılar verilir

Müxtəlif yerlərdə buraxılış məntəqələri yaradılıb, zəvvarlara şəxsi məlumatın əks olunduğu qolbağılar paylanılır.

Şənbə günü zəvvarlar əl-Həram məscidindəki ibadətdən sonra Məkkədən 5 kilometr şərqə doğru yerləşən Minaya yollanacaqlar.

Fotonun müəllifi EPA
Image caption Həcc ziyarətinə müxtəlif ölkələrin vətəndaşları qatılır
Fotonun müəllifi EPA
Image caption Həcc dünyanın ən iri dini toplantılardan biridir.
Fotonun müəllifi EPA
Image caption Həcc müsəlman qardaşlığı hissini gücləndirmək məqsədinə də xidmət edir.
Fotonun müəllifi EPA
Image caption Həccin məqsədi sosial status, zənginlik əlamətləri və təşəxxüs hissini aradan qaldırmaqdır
Fotonun müəllifi Reuters
Image caption Şənbə günü zəvvarlar əl-Həram məscidindəki ibadətdən sonra Məkkədən 5 kilometr şərqə doğru yerləşən Minaya yollanacaqlar.
Fotonun müəllifi EPA
Image caption Səudiyyə Ərəbistanı zəvvarları qəbul etmək üçün infrastruktur yaradır

Əlaqəli mövzular

Bu barədə daha geniş