II Dünya Müharibəsi: Dənizçinin öpdüyü qadın vəfat edib

1945-ci il avqustun 14-də Nyu Yorkun Times Meydanında dənizçinin qəftələn öpdüyü xanım Friedman Fotonun müəllifi AP
Image caption Xanım Friedman 1960-cı illərə kimi bu fotodan xəbərsiz olub

İkinci Dünya Müharibəsində ABŞ-ın Yaponiya üzərində qələbəsi gününün simvol fotosunda dənizçinin öpdüyü qadın 92 yaşında vəfat edib.

Greta Zimmer Friedman Virciniya ştatında, Richmond şəhərində xəstəxanada sətəlcəmdən vəfat edib, onun oğlu Joshua Friedman bildirib.

1945-ci il avqustun 14-də Nyu Yorkun Times Meydanında dənizçinin qəftələn öpdüyü xanım Friedman-ın o zaman 21 yaşı var idi və stomatoloq köməkçisi kimi çalışırdı.

Life jurnalında çap edilmiş bu foto həmin vaxtdan bəri Yaponiya üzərində Qələbə Gününün (VJ DAY) simvoluna çevrilib.

Xanım Friedman bildirib ki, o 1960-cı illərə kimi bu fotodan xəbərsiz olub.

"Bu sadəcə qələbənin qeyd edilməsi idi. Romantik hadisə deyildi", xanım Friedman sonralar müsahibəsində bildirib.