Müsəlmanlar Ərəfat dağını ziyarət edir

Ərəfat dağı Fotonun müəllifi AFP
Image caption Zəvvarlar ziyarətin ən önəmli hissəsini yerinə yetirmək üçün Ərəfat dağına toplaşıb

Səudiyyə Ərəbistanında ənənəvi Həcc ziyarətinə gedən 1.5 milyon zəvvar Ərəfat dağında Quran oxumaq və günboyu davam edən dualar etməklə ən əhəmiyyətli günü qeyd edir.

Günəşin doğmasından öncə zəvvarlar Məkkədən 15 kilometr uzaqlıqda yerləşən geniş düzənliyə toplaşıblar.

Müsəlmanların inamına görə, Məhəmməd Peyğəmbər sonuncu moizəsini bu yerdə edib.

Həcc, İslam dininin bütün müsəlmanların həyatları boyunca azı bir dəfə yerinə yetirməli olduğu beş sütunundan biridir.

Şənbə günü məlum olub ki, Səudiyyə Ərəbistanının ali ruhanisi Əbdül Əziz əl-Şeyx, səhhətindəki problemlərə görə son 35 ildə ilk dəfə olaraq ənənəvi Həcc ziyarətində vaizlik etməyəcək.

Fotonun müəllifi AP
Image caption Günəş doğuşundan öncə zəvvarlar Məkkədən 15 kilometr uzaqlıqda yerləşən geniş düzənliyə toplaşıb.
Fotonun müəllifi AP
Image caption Kişi zəvvarlar sosial fərqdən asılı olmayaraq paklığı və birliyi tərənnüm edən "ihram" adlandırılan ağ parçadan paltar geyiniblər
Fotonun müəllifi AP
Image caption Dünyanın hər yerindən müsəlmanlar 5 günlük Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına axışıb
Fotonun müəllifi AP
Image caption Bu uşaq və atası İndoneziyadandır
Fotonun müəllifi AP
Image caption Zəvvarlar ağ divara adlarını yazır. İnanılır ki, Məhəmməd Peyğəmbər sonuncu moizəsini burada edib
Fotonun müəllifi AFP
Image caption Zəvvarlar dualar edərək oturur, dayanır və yüksəkliyə qalxmaq üçün xüsusi yolla hərəkət edir
Fotonun müəllifi AP
Image caption Könüllülər +40 dərəcəyə qalxan istilərdən qorunmaq üçün zəvvarlara çətir paylayıb
Fotonun müəllifi AP
Fotonun müəllifi EPA
Fotonun müəllifi EPA
Image caption 1.5 milyona yaxın zəvvar Məhəmməd Peyğəmbərin 1400 il öncə getdiyi yolla gedir
Fotonun müəllifi AP
Image caption Bu sudanlı qadınlar Mərhəmət Dağı kimi tanınan qayada dua edir
Fotonun müəllifi AFP
Image caption Bir çox müsəlmanlar üçün Həcc ziyarəti mənəvi təcrübədir
Fotonun müəllifi EPA
Image caption İran bu ilki ziyarəti boykot edib. Əvəzinə İraqın müqəddəs Kərbəla şəhərinə ziyarət etməyi məsləhət görüb

Əlaqəli mövzular

Bu barədə daha geniş