ABŞ: 9/11 hücumundan 15 il keçir

Yerusəlimdə ABŞ və İsrail dənizçiləri hücumların 15 illiyini yad edib Fotonun müəllifi EPA
Image caption Yerusəlimdə ABŞ və İsrail dənizçiləri hücumların 15 illiyini yad edib

ABŞ-da və dünyada 11 sentyabr hücumlarının 15 illiyi qeyd olunub.

Nyu York şəhərində Dünya Ticarət Mərkəzinin qüllələrinə edilmiş hücumlar 6 saniyəlik sükutla yad edilib.

Prezidentliyə namizədlər Donald Trump və Hillary Clintonun da həlak olanların xatirəsinə həsr edilmiş məkanı ziyarət edəcəyi gözlənilir. Lakin onların heç biri çıxış etməyəcək.

Prezident Obama da Ağ Evdə (Bakı vaxtilə saat 15:46) bir saniyəlik sükutla həlak olanların xatirəsini yad edib və onun çıxış edəcəyi də gözlənilir.

Fotonun müəllifi AFP/Getty Images
Image caption İl dönüm ərəfəsində Nyu York səmasına qüllələri təcəssüm etdirən iki işıq şüası şölələnib

15 il öncə Nyu Yorkda mərkəzin iki binasına, Vaşinqtonda Pentaqon binasına və Pensilvaniyada tarlaya edilən hücumlar zamanı 3000-ə yaxın insan həyatını itirib.

19 hücumçudan on beşi Səudiyyə vətəndaşı olub.

Müstəqil palatan;n bir il sonra hazırladığı sənədlərdə göstərilib ki, hücumlara maddi dəstəyini Səudiyyə Ərəbistanının daxilindəki qüvvələr verib, lakin rəsmi olaraq Səudiyyənin rolu barədə heç bir açıqlama verilməyib.

Ötən həftə ABŞ Konqresi yekdilliklə 9/11 qurbanlarının ailələrinə Səudiyyə hökumətini məhkəməyə verməyə imkan verən qanun layihəsini qəbul edib.