Meksikalılar gey evliliyi üçün yürüş ediblər

LGBT Mexiko Fotonun müəllifi AP
Image caption Yüzlərlə gey və lezbiyan tərəfdarları Mexiko şəhərində yürüş ediblər

Meksikada şənbə günü eynicinsli evliliklərin əleyhinə keçirilmiş aksiyalara qarşı gey və lezbiyan haqlarının müdafiəçiləri Mexiko şəhərində yürüş təşkil ediblər.

Nümayişçilər əllərində "Mən sənin ailənə hörmət edirəm, sən də mənə hörmət et" şüarları gəzdiriblər.

Mexiko şəhər kilsəsi şəhərdə keçirilmiş aksiyaların arxasında olması ilə bağlı deyilənləri təkzib edir.

May ayında prezident Enrique Pena Nieto eynicinsli evlilikləri qanuniləşdirəcək layihəni irəli sürüb.

Gey evliliklər Mexiko şəhəri və üç digər ştatda qanunidir.

Şənbə günü baş tutmuş aksiyalar Ailə üçün Xalq Cəbhəsi adlı katolik təşkilat tərəfindən həyata keçirilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş