İD-nin əlindən alınan Cərablusda şənliklər
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İD-dən geri alınan Cərablusda şənliklər

Suriyada elan olunan atəşkəs rejimi özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə yanaşı bir sıra cihadçı birləşmələrə şamil edilmir.

Türkiyə ilə həmsərhəd Suriya ərazisində Azad Suriya Ordusu İD-ə qarşı döyüşür. Ankara öz sərhədi boyunca cihadçılardan azad zolaq yaratmaq niyyətindədir. Türkiyə həmçinin ərazidən kürd döyüşçülərini də çıxarmaq arzusundadır.

Hazırda əsas əməliyyatların mərkəzi Suriyanın Cərablus şəhəridir. Türkiyənin dəstəklədiyi qüvvələr bu şəhəri İD-nin əlindən alıblar, hadisə yerindən BBC Müxbiri Mark Lowen xəbər verir.