Pxenyanda keçirilmiş izdiham nüvə sınağını dəstəkləyib

Pxenyan Fotonun müəllifi Reuters
Image caption Pxenyanda keçirilən mitinq yaxşı təşkilatçılığı ilə seçilib.

Şimali Koreya paytaxtında mitinqə qatılan minlərlə adam sentyabr ayında keçirilmiş nüvə sınağına dəstək bildirib.

Paytaxt Pxenyanda keçirilən mitinq yaxşı təşkilatçılığı ilə seçilib. Şəhərin mərkəzi meydanına toplaşanlar nüvə poliqonunda baş verən partlayışların uğuru ilə bağlı nitqləri dinləyiblər.

Şimali Koreya hakimiyyəti sentyabrın 9-da keçirilən sayca 5-ci nüvə sınağının uğurla başa çatdığını bildirir.

Dövlət televiziyası ilə yayılan rəsmi xəbərdə ölkə tarixində ən güclü nüvə başlığının partlayışının həyata keçirildiyi vurğulanıb.

Şimali Koreyada nüvə sınaqları barədə xəbər beynəlxalq ictimaiyyətin tənqidinə tuş gəlib.

Partlayışı ABŞ, Rusiya, Yaponiya, Çin və Cənubi Koreaya hökumətləri pisləyib.

O, həmçinin Beynəlxalq Atom Energetikası Agentliyinin qınağını qazanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş