Yaponiyanın Sakuracima vulkanı növbəti 30 il ərzində püskürəcək

Sakuracima vulkanı Fotonun müəllifi Kyodo News/AP
Image caption Sakuracima vulkanının böyük maqma ehtiyatına malik olduğu hesab edilir. Bu, böyük püskürməyə səbəb ola bilər, alimlər deyir

Yaponiyanın ən aktiv vulkanlarından biri olan Sakuracimanın növbət 30 il ərzində püskürəcəyi gözlənilir, tədqiqatçılar bildirib.

Yaponiyanın Kyuşu adasında yerləşən Sakuracima vulkanı "böyüməkdədir", Bristol Universitetində araşdırmaçılar bildirib.

Senday nüvə zavodundan 49 km aralıda yerləşən vulkan eyni zamanda 600 000 sakini olan Kaqoşima şəhərinə də yaxındır.

Sakuracima sonuncu dəfə 1914-cü ildə püskürüb və 58 nəfərin ölümünə səbəb olub.

Yapon arxipelaqında 100-dən çox vulkan mövcuddur. Sakuracima müntəzəm olaraq kül püskürür və hər il kiçik partlayışlar baş verir. Sonuncu belə kiçik partlayış keçən cümə günü olub.

Fotonun müəllifi PA
Image caption Sakuracima vulkanı təxminən 600000 əhalisi olan Kaqoşima şəhərinə yaxınlıqda yerləşir

Kyoto Universitetinin dosenti Dr Haruhisa Nakimaçinin bildirdiyinə görə bununla bağlı yeni evakuasiya planı artıq hazırlanıb.

"1914-cü il püskürməsindən artıq 100 il ötür, növbəti böyük püskürmə isə 30 il ərzində baş verəcək," Dr Nakamiçi deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş