Hillary Clinton prezidentlik üçün “sağlam və yararlıdır”

Clinton Fotonun müəllifi AP
Image caption Hillary Clintonun köməkçiləri deyib ki, o kampaniyasını cümə axşamı günündən davam etdirəcək

Hillary Clinton ABŞ prezidenti olaraq xidmət göstərmək üçün "sağlam və yararlıdır", onun həkimi deyib.

Clinton-un kampaniyasının yaydığı məlumatda deyilir ki, Demokratlar partiyasından prezidentliyə namizəd pnevmoniya diaqnozundan sonra "sağalmaqdadır".

Bundan əvvəl isə onun respublikaçı rəqibi Donald Trump sağlam olması barədə həkim rəyini açıqlayıb.

Clintonun köməkçiləri deyib ki, o kampaniyasını cümə axşamı günündən davam etdirəcək.

Fotonun müəllifi Sony
Image caption Donald Trump The Dr Oz Show proqramında öz səhhəti ilə bağlı məsələləri müzakirə edib

Ötən həftə sonu 68 yaşlı Hillary Clinton 11 sentyabr hadisələrinə həsr olunmuş mərasimdə iştirakını yarımçıq qoymalı olub.

Səhhətilə bağlı problemlər noyabrda keçiriləcək prezident seçkiləri öncəsi Clinton-un apardığı kampaniyada ona mane olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş