New York: 18 karat qızıl tualet ictimaiyyət üçün açılıb

Maurizio Cattelan-ın Amerikası Fotonun müəllifi Guggenheim
Image caption Bu incəsənətdir? Maurizio Cattelan-ın Amerikası

New York-un Guggenheim Muzeyinin qonaqlarına qızıl tualetdən istifadə təklif olunur.

İtalyan rəssam və heykəltaraş Maurizio Cattelan Amerika adlandırdığı 18 karat qızıldan hazırlanmış tualeti istifadəyə verib.

Bu interaktiv eksponat Guggenheim muzeyinin tualetlərindən birində quraşdırlıb, New Yorker xəbər verir.

Muzey əsəri "cəsarətli və hörmətsiz iş" adlandırıb.

Fotonun müəllifi Getty Images
Image caption Maurizio Cattelan bildirib ki, o, iqtisadi bərabərsizlikdən ilhamlanaraq bu əsəri yaradıb

Tualet Guggenheim muzeyindəki ənənəvi unitazın yerində quraşdırılıb.

Muzeyə daxil olmaq üçün pul ödəmiş qonaqlar tualetdən istifadə edə biləcəklər.

Guggenheim-dan bildirilib ki, əsər "insan cəmiyyətinin qaçılmaz reallıqlarını bizə xatırladır".

Fotonun müəllifi Twitter
Image caption Rəssam Guggenheim üçün qızıldan tualet yaradıb və o, tamamilə işlək vəziyyətdədir, New Yorker yazır

Əsərin müəllifi, Milanda yaşayan rəssam Cattelan-ın bildirdiyinə görə o, iqtisadi bərabərsizlikdən ilhamlanaraq əsəri yaradıb.

55 yaşlı rəssam qalmaqallı əsərləri ilə tanınır. Bunların arasında meteoritin altında qalmış Roma Papası John Paul II əsəri də var

Əlaqəli mövzular