Filippin prezidenti Duterte "əvvəllər silahla adam öldürüb"

Rodrigo Duterte Fotonun müəllifi EPA
Image caption Cənab Duterte 1988-ci ildə Davao-nun meri olub

Filippin prezidenti Rodrigo Duterte iddialara görə Davao şəhərinin meri olarkən ədliyyə departamentinin agentinə Uzi avtomatı ilə atəş açaraq öldürüb.

İddia mühakiməsiz edamlarla bağlı senat dinləmələrində silahlı dəstənin keçmiş üzvü Edgar Matobato tərəfindən irəli sürülüb.

Onun iddia etdiyinə görə, cənab Dutarte 25 il ərzində ona və digərlərinə təxminən 1000 nəfər kriminal və siyasi rəqibi öldürməyi tapşırıb.

Cənab Duterte-nin sözçüsü iddiaları rədd edib.

Fotonun müəllifi AP
Image caption Edgar Matobato Senatın qarşısında çıxış edib

Prezidentin sözçüsü Martin Andanar bildirib ki, prezidentin meri olduğu zamankı fəaliyyətinə dair araşdırmalar nəticəsizdir.

57 yaşlı cənab Matobato deyib ki, o, əvvəllər yüzlərlə insanın ölümünə cavabdeh olduğu iddia edilən Davo Edam Dəstəsinin üzvü olub.

"Bizim işimiz narkotik alverçiləri, təcavüzkar və oğruları öldürmək olub," o deyib.

O həmçinin iddia edib ki, cənab Duterte-nin siyasi opponentləri də hədəfdə olub.

Əlaqəli mövzular