Bratislava: Avropa liderlərinin qeyri-rəsmi sammitində Aİ böhranı müzakirə edilir

Sammitdə 27 ölkənin nümayəndəsi iştirak edir Fotonun müəllifi Getty Images
Image caption Sammitdə 27 ölkənin nümayəndəsi iştirak edir

Slovakiya paytaxtında keçirilən Aİ liderlərinin qeyri-rəsmi zirvə görüşəndə Brexit ardınca ittifaqın gələcəyi müzakirə olunur.

Bratislavadakı toplantıya 27 ölkənin nümayəndəsi qatılıb. İlk dəfədir ki, sammitdə Aİ-dən çıxmağa səs verən Britaniyanın Baş naziri iştirak etmir.

Aİ liderləri ittifaqın gələcəyilə yanaşı iqtisadiyyatın durumu, cinayətkarlığın artması, terrorçuluq və Aİ-ə etimad məsələsini müzakirə etməlidirlər.

Fotonun müəllifi Getty Images
Image caption Angela Merkel Aİ-nin böhran yaşadığını deyib

Almaniya kansleri Angela Merkel deyib ki, Avropa İttifaqı böhrandadır və onun qarşısında duran məsələləri bir görüş ərzində həll etmək mümkün olmaycaq.

Bağlı qapılar arasında keçirilən görüş vaxtı heç bir qərar qəbul edilməyəcək, rəsmilər bildirir.

Avropa Şurasının prezidenti Donald Tusk, Aİ liderlərini Britaniyanın birlikdən çıxmasına səs problemlərinə "ayıq və ədalətlə" baxmağa çağırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş