Michael Schumacher "gəzə bilmir"- vəkili deyir

xizək Fotonun müəllifi AFP
Image caption Schumacher 2013-cü ildə Fransada xizəkdən sürüşərkən baş zədəsi alıb.

Almaniya məhkəməsinə Michael Schumacher-in vəkili bildirib ki, dünya çempionu xizək sürərkən aldığı zədədən sonra "gəzə bilmir".

Almaniya jurnalı Bunte-yə qarşı ittihamlarla bağlı keçirilən prosesdə vəkil Felix Damm Schumacher-in zədələnməyindən danışıb.

Jurnal ötən ilin sonu yazıb ki, 7 qat Formula 1 dünya çempionu yenidən gəzə bilir.

Lakin cənab Damm deyir ki, 47 yaşlı Schumacher heç mütəxəssislərin yardımı ilə də ayağa qalxa bilmir.

Jurnal yazırdı ki, çempion həkimlərin yardımı ilə bir neçə addım atıb və qolunu qaldıra bilib.

Həmin vaxt Schumacher-in nümayəndəsi Sabine Kehm bu iddiaları təsdiq etməyən bəyanat yayıb.

"Onun zədələrinin ciddiliyini nəzərə alsaq, belə şaiyələr məsuliyyətsizlikdir. Onun gizliliyi çox vacibdir. Təəssüf ki, onlar bir çox insana yalan ümidlər verirlər."

Schumacher 2013-cü ildə Fransada xizəkdən sürüşərkən baş zədəsi alıb. Bundan sonra komada olan atlet 6 ay sonra evinə - İsçevrəyə göndərilib.

Ailəsi onun sağlamlığı barədə məlumatları əsasən gizli saxlayır.

Əlaqəli mövzular