Suriya: Karvana hava zərbəsi ardınca BMT yardımını dayandırır

Yük maşınları Fotonun müəllifi AP
Image caption Bazar ertəsi günü 31 maşın humanitar yardım aparmaq üçün yola düşüb

Hələb yaxınlığında humanitar yardım karvanına hava hücumu ardınca BMT bu şəhərə yardım çatdırmaq üzrə bütün əməliyyatlarını dayandırıb.

Həmləyə məruz qalan karvanın tələb edilən icazələri olub və missiya barədə bütün tərəflərə məlumat verilib, BMT nümayəndəsi deyib.

BMT karvan tərkibində, tibb ləvazimatı, ərzaq və qış paltarlarının aparıldığını bildirir.

Məlumata əsasən hava zərbəsində 31 yük maşınından 18-i məhv olunub.

Ölənlər arasında Suriya Qızıl Aypara Cəmiyyətinin yüksək rütbəli rəsmisinin odluğu bildirilir.

Hərbi müşahidəçilərin dediyinə görə, 12 nəfərin ölümü ilə nəticələnən hücum ABŞ hökumətini "hiddətləndirib".

BMT təsdiqləyib ki, karvan Urm al-Kubra şəhəri yaxınlığında vurulub və əlavə detallar verilməyib.

Lakin fəallar deyir ki, hücum hərbçilər ABŞ-Rusiya barışığının bitdiyini elan etməsindən bir neçə saat sonra baş verib.

Washington deyib ki, onlar Moskva ilə "əməkdaşlığın gələcək perspektivlərini yenidən qiymətləndirəcəklər".

"Bu karvanın getdiyi ünvan Suriya rejiminə və Rusiya Federasiyasına bəlli idi", Dövlət Departamentinin sözçüsü John Kirby deyib.

"Və indi bu işçilər Suriya xalqına kömək etmək istədiyi vaxt öldürülüb", o əlavə edib.

Human Rights-ın suriyalı müşahidəçiləri deyib ki, hucüm ya Suriya ya da Rusiya hərbi təyyarələri tərəfindən həyata keçirilib. Dəməşq bunu hələ ki, təsdiqləməyib.

BMT-nin yardımlar üzrə rəhbəri Stephen O'Brien deyib ki, "rəhmsiz hücumun" qəsdən törədildiyi aşkar olunarsa bu cinayət tərkibli iş olacaq.

Fotonun müəllifi Syrian civil defence White Helmet/AP
Image caption Suriyalı fəal hücum zamanı vurulan yerləri göstərir

BMT sözçüsünün sözlərinə görə, yardım karvanında olan 31 maşından azı 18-i vurulub. Karvan 78 min insana yardım aparmağa çalışırdı.

Şahidlər telefon vasitəsilə Reuters xəbər agentliyinə deyiblər ki, 5 qırıcı təyyarə Suriya Qırmızı Ayparaya məxsus olan ərazidə dayanan yük maşınlarına hücum edib.

Suriya əsgərləri və üsyançılar zorakılığa görə artıq bir-birini ittiham edib.

Suriya məsələsi ilə bağlı danışıqları ABŞ və Rusiya çərşənbə axşamı New Yorkda davam etdirəcək, dövlət departamenti əlavə edib.

Bu barədə daha geniş