ABŞ: Charlotte şəhərində atışma və etirazlardan sonra fövqəladə vəziyyət

Charlotte-da etirazlar Fotonun müəllifi Getty Images
Image caption Dinc başlayan etirazlar daha sonra zorakı xarakter alıb

Polisin qara dərili şəxsi öldürməsindən sonra iki gecə davam etmiş etirazların ardından Şimali Carolina qubernatoru Charlotte şəhərində fövqəladə vəziyyət elan edib.

Keith Lamont Scott çərşənbə axşamı qara dərili polis işçisi tərəfindən odlu silahla qətlə yetirilib.

"Vətəndaşın vətəndaşa" açdığı atəş nəticəsində bir etirazçının vəziyyəti ağırdır, polis bildirib.

Cənab Scott bir həftə ərzində ABŞ polisi tərəfindən öldürülmüş üçüncü qara dərili şəxsdir.

Çevik polis qüvvələri Charlotte-da yüzlərlə insanın iştirakı ilə keçirilmiş etirazları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Yerli polis idarəsinin bildirdiyinə görə dörd polis əməkdaşı xəsarət alıb.

Etirazçılar 43 yaşlı cənab Scott-un çərşənbə axşamı binanın blokunda mübahisəli şəraitdə polis tərəfindən öldürülməsinə görə qəzəblidirlər.

Polisin bildirdiyinə görə onlar cənab Scott-un maşından əli silahlı çıxdığını görüblər.

Fotonun müəllifi Getty Images
Image caption Son etirazlar zamanı dörd polis əməkdaşı xəsarət alıb
Fotonun müəllifi Reuters
Image caption Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Əlaqəli mövzular