Suriyada müharibə: Hələb şəhəri "xırcımlanıb"

Hələbdə dağıdılmış bina Fotonun müəllifi AP
Image caption Suriya və Rusiya təyyarələri Hələbin şərqini xırcımlayıblar, fəallar deyirlər.

Döyüş təyyarələri Hələbi hava hücumuna məruz qoyub.

Bundan bir qədər əvvəl Suriyada hökumət qüvvələri şəhərin qiyamçılar tərəfindən zəbt edilmiş hissələrini geri qaytardığını elan edib.

Suriya və Rusiya təyyarələri Hələbin şərqini xırcımlayıblar, fəallar deyirlər. Bir xilasedici baş verənləri "məhvetmə" adlandırıb.

Hökümət insanları qiyamçıların tutduğu ərazilərdən uzaqlaşmağı məsləhət görüb. Rusiya hadisəylə hansısa əlaqəsi olduğunu təsdiqləməyib.

Atəşkəsin bərpasına dair ABŞ-Rusiya danışıqları heç bir irəliləmə olmadan sona çatıb.

Rusiya Suriya hökumətini, ABŞ isə müxalifəti dəstəkləyir. İki dünya qüvvəsi arxalarında durduqları qüvvələri cilovlaya bilmədiklərinə görə bir-birini ittiham edir.

Əlaqəli mövzular