Məhkəmə hökmü: müştəri 15 yaşlı fahişəyə feminist ədəbiyyatı almalıdır

Проститутка в Риме Fotonun müəllifi Getty Images
Image caption Ədliyyə hesab edir ki, qızlar fahişəliyə məcbur edilməmişdilər

İtaliya məhkəməsi 35 yaşlı kişini həddi-büluğa çatmamış fahişənin xidmətlərindən istifadə etməkdə təqsirkar tanıyıb.

Romada başa çatan prosesdə müttəhimə iki illik həbs cəzası kəsilib. Bundan başqa məhkum edilmiş şəxs 15 yaşlı qıza feminist məzmunlu ədəbiyyat almalıdır.

"Feminist kitab"lara o cümlədən "Anna Frankın gündəlikləri", Emily Dickinson-un poemaları və Virginia Woolf-un əsərləri aid edilib.

Hökmə əsasən 35 yaşlı kişi həmçinin feminizm mövzulu iki filmin baxışını təşkil etməli olacaq, AFP agentliyi xəbər verir. Hakim Paola Di Nicola deyib ki, filmlə kitablar fahişəliyin qadın ləyaqətinə zidd olduğunu anlamağa kömək etməlidir.

Həmçinin oxu:

Pakistanda azərbaycanlı fahişənin hekayəsi

İşlə bağlı araşdırma 2013-cü ildə başlayıb.

Onun nəticəsində istintaq həddi-büluğa çatmamış fahişə xidmətlərini təklif edən şəbəkəni ifşa edib.

Onun nəticəsində istintaq həddi-buluğa çatmamış fahişə xidmətlərini təklif edən şəbəkəni ifşa edib.

Şəbəkənin başçısı 9 il müddətinə azadlıqdan məhrum olunub. Təhqiqat məlumatlarına görə 14 və 15 yaşlı qızlar qazandıqları pulları mobil telefon və geyimlərə xərcləyirmişlər.

Məhkəmə hesab edir ki, qızlar fahişəliklə könüllü məşğul olublar. Məhz buna görə də məhkəmə gözlənildiyindən daha mülayim cəzalar kəsib.

Bu barədə daha geniş