Ban Ki-moon Hələbdəki gərginlikdən "dəhşətə gəlib"

Hökümətin həyata keçirdiyi hücumlarda vətəndaşların yaşadığı evlər hədəflənib Fotonun müəllifi Reuters
Image caption Hökümətin həyata keçirdiyi hücumlarda vətəndaşların yaşadığı evlər hədəflənib

BMT-nin baş katibi Ban Ki-moon Suriyanın Hələb şəhərində "hərbi gərginləşmədən dəhşətə gəlib", onun sözçüsü deyir.

Stephane Dujarric bildirib ki, baş katib odlu silahların istifadə olunduğu hava hücumları barədə aldığı məlumatlardan narahat olub.

Suriya höküməti ötən həftə, atəşkəsin pozulmasından sonra qiyamçıların zəbt etdiyi ərazilərə hücumlar edir.

BMT Təhlükəsizlik Şurası bazar günü Nyu Yorkda təcili görüş keçirəcək.

Görüşü ABŞ, Britaniya və Fransa tələb edib.

Britaniyanın xarici işlər katibi Boris Johnson ehtimal edib ki, ötən həftə Suriyada yardım konvoyuna edilmiş hücum Rusiya hərbi təyyarəsindən bilərəkdən edilib.

Onun ehtimalları doğru olarsa, bu müharibə cinayəti hesab edilir.

Rusiya hücumda iştirakını inkar edərək, qiyamçıları ittiham edib.

"İki gün əvvəl, Suriya ordusunun Hələb şəhərinin şərqini tutması elan edildiyi andan bəri odlu silahlardan və yeraltı sığınacaqları dağıdan bombalardan istifadəyə dair məlumatlar daxil olur," cənab Dujarric deyib.

"Baş katib bunu sadə insanları qorunmasında qlobal öhdəliyin qara günü hesab edir."

Hələb şəhəri 5 ildir Suriyada qanlı müharibənin mərkəzinə çevrilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş