İordaniya: kafirlikdə ittiham olunan yazıçı öldürülüb

Nahid Hattar Fotonun müəllifi Petra news agency
Image caption Cənab Hattar sosial mediada İslama qarşı olmağa görə ittiham olunub.

Öz Facebook hesabında satirik karikatür paylaşdıqdan sonra İslam dinini təhqirdə ittiham olunaraq həbs edilmiş iordinayalı yazıçı öldürülüb.

Nahid Hattar Əmman şəhər məhkəməsinin qarşısında üç güllə ilə vurulub, Petra xəbər agentliyi yazır.

Polis onu öldürəni saxlayıb və cinayət işi açıb, media yazır.

Xristian dininə sitayiş edən yazıçı avqust ayında Allahı təhqir etdiyinə görə 15 sutka həbs cəzası alıb.

Onun paylaşdığı karikatürada saqqallı bir kişinin iki qadınla birgə yataqda uzanaraq və siqaret çəkərək Allahdan içki xahiş etməsi təsvir edilib.

Cənab Hattar sosial mediada İslama qarşı olmaqda ittiham olunub.

O bildirib ki, dini təhqir etmək niyyəti olmayıb, lakin radikal islamçıların cənnət haqda təsəvvürlərini göstərmək istəyib.

Lakin hökümət onun şəriət qanunlarını pozduğunu deyib.