Çin: dünyanın ən böyük radioteleskopu istismara verilib

FAST teleskopu Fotonun müəllifi AP
Image caption Onun hazırlanmasına 5 il və 180 milyon dollar sərf edilib.

Çində dünyanın ən böyük radioteleskopu istismara verilib.

Açılış mərasimində müxtəlif ölkələrdən dəvət edilmiş yüzlərlə alim iştirak edib.

FAST teleskopu diametri 500 metr olan antenaya malikdir və bununla o, indiyədək dünyada ən böyük hesab edilən Puerto-Rikodakı Aresibo rəsədxanasının teleskopundan bir qədər böyükdür.

Teleskopun fəaliyyətə başlamasının ilk saatlarında Yerdən 1300 işıq ili uzaqda yerləşən kosmik obyektlərdən işıq qəbul edilib.

Onun hazırlanmasına 5 il və 180 milyon dollar sərf edilib.

Əlaqəli mövzular