Boko Haram lideri "sağdır"

Abubakar Şekau Fotonun müəllifi AFP/Getty
Image caption Abubakar Şekau videoda "xoşbəxt ölkədə" olduğunu deyib

Nigeriyada ötən ay hücumlar nəticəsində öldüyü və ya ağır yaralandığı deyilən islamçı Boko Haram qrupunun lideri bu ittihamları rədd edən video paylaşıb.

Videoda ərəb, hausa və kanuri dillərində danışan Abubakar Şekau sağlam görünür.

Videonun nə zaman çəkildiyi məlum deyil.

Sentyabrın əvvəlində Boko Haramın əqd bağladığı özünü İslam Dövləti adlandıran qrup bəyan edib ki, Şekau lider kimi əvəz edilib.

Boko Haram 50 məktəbli qızı "azad edə bilər"

Boko Haram "oğurlanmış qızların" videosunu yayıb

İD bildirib ki, o az tanınmış Abu Musab Albarnavi ilə əvəz edilib, lakin Şekau hələ də lider olduğunu iddia edib.

"Ah tiranlar, mən xoşbəxt ölkədəyəm, sağlam və təhlükəsizlikdəyəm", 40 dəqiqəlik Youtube videosunda deyilir.

Avqust ayında Nigeriya ordusu onun ciynindən ciddi yara aldığını deyib, bəzi komandirlər isə onun öldürüldüyünü bildirib.

Hərbiyyə indiki videonu təsdiq etməyib.

2014-cü ilin aprelində ölkənin şimalında yerləşən Çibok şəhərinə hücum zamanı qrup 276 məktəbli qızı əsir tutub və onları satacağını deyib.

Qızlardan 219 nəfəri hələ də azad edilməyib.

2014-cü ildə hökümət qrupa qarşı hərbi hücumlara başlayıb.