Səudiyyə qadınları kişi qəyyumluğuna son qoymaq üçün petisiya imzalayıblar

Əzizə Əl-Yusif Fotonun müəllifi Aziza Al-Yousef
Image caption Əzizə Əl-Yusif petisiyanı Kral Məclisinə təqdim edir

14 min səudiyyəli qadın tərəfindən imzalanmış kişi qəyyumluğu sisteminə son qoymağa çağıran petisiya hökumətə təqdim olunub.

Səudiyyə Ərəbistanında qadınların xaricə səfər etməsi üçün kişi himayədarının icazəsi olmalıdır və bir çox hallarda işləmək və təhsil almaq üçün də icazə almalıdır.

Petisiyanı təqdim etmiş fəal Əzizə Əl-Yusif BBC-ə "qürur duyduğunu", lakin eyni zamanda müraciətə cavab gözlədiyini bildirib.

Mühafizəkar İslam krallığında qadın pasport almaq, evlənmək və ya ölkəni tərk etmək üçün atasından, qardaşından və ya digər kişi qohumundan, dul olduğu halda isə bəzən oğlundan icazə almalıdır.

Qanunla tələb olunmasa da, bir çox universitetlər və iş yerləri qadın tələbələr və işçilərdən qəyyumun icazəsini tələb edirlər.

Otaq kirayələmək, xəstəxanada müalicə almaq və ya hüququ iddia ilə müraciət etmək üçün də qadınlar tez-tez kişilərdən icazə almalı olurlar.

Fotonun müəllifi Aziza al-Yousef
Image caption Əzizə Əl-Yusif petisiyanı təqdim etdiyinə görə "qürur duyduğunu" bildirib

Əlaqəli mövzular

Bu barədə daha geniş