ÜST: Dünya əhalisinin 92% çirkli hava ilə nəfəs alır

Pekində polis Fotonun müəllifi Reuters
Image caption Ən çirkli hava Cənub-Şərqi Asiyada müşahidə olunur, ÜST bildirir.

Ümümdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyada 10 adamdan doqquzu havası çirkli olan bölgələrdə yaşayır.

ÜST-ün hesabatına əsasən, ən pis vəziyyət Cənub-Şərqi Asiya və Sakit okeanın qərbində, o cümlədən Çin, Malayziya və Vyetnamdadır.

Yeni məlumat "bizi çox narahat edir", ÜST-ün İctimai Səhiyyə və Ətraf Mühitin Mühafizəsi şöbəsinin direktoru Maria Neira deyib.

"Bu, sağlamlıq üçün fövqəladə bir haldır", o vurğulayıb.

Təşkilatın ekspertləri xəbərdarlıq ediblər ki, problem şəhərlərdə daha kəskindir. Eynilə kənd yerlərində vəziyyət çoxlarının düşündüyündən daha da acınacaqlıdır.

ÜST-ün məlumatları peyk tərəfindən çəkilmiş şəkillər və dünyanın 3000-dən artıq bölgəsində keçirilən hava yoxlamalarına əsaslanır.

Təşkilatın məlumatına görə, qapalı yerlərdə baş vermiş ölümlər daxil olmaqla dünyada hər doqquz ölümdən biri çikrli hava ilə əlaqəlidir. ÜST bildirir ki, problem kömürdən istifadə edən yoxsul ölkələrdə daha aktualdır.

Ekspertlərin dəyərləndirmələrinə görə, 2012-ci ildə havanın çirkliliyi təxminən 3 milyon insan ölümünə səbəb olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş