Clinton Trump-ı Rusiyanın kiber hücumlarını dəstəkləməkdə günahlandırıb

Donald Trump və Hillary Clinton Fotonun müəllifi Getty Images
Image caption Öz növbəsində, Trump deyib ki, kiber hücümların arxasında Rusiya yox, Çin və ya başqa bir ölkə də ola bilər

Hillary Clinton və Donald Trump arasında keçiriliən ilk üzbəüz debatda, Clinton rəqibini Rusiyanın ABŞ-da dövlət orqanları və şirkətlərə qarşı iddia olunan kiber hücumunu dəstəkləməkdə təqsirləndirib.

Öz növbəsində, Trump deyib ki, kiber hücümların arxasında Rusiya yox, Çin və ya başqa bir ölkə də ola bilər. O həmçinin ABŞ-ın cari administrasiyasını ekstremistlərə qarşı informasiya müharibəsini uduzmaqla günahlandırıb.

"Biz getdikcə dövlətlər tərəfindən təşkil olunan daha çox kiber hücümlar görürük və bu dövlətlərdən biri də Rusiyadır. Bu ölkə bir sıra dövlət orqanlarına və şirkətlərə qarşı kiber hücümlar həyata keçirib", Demokratların prezidentliyə namizədi Hillay Clinton deyib.

"Biz ölkəmizdə yaşayanları qoruyacağıq və ruslar bunu anlamalıdırlar," o əlavə edib.

Cavabında Respublikaçıların namizədi Trump deyib ki, "o həmişə "Rusiya, Rusiya, Rusiya" deyir, amma bunu Rusiya və ya Çin və hətta öz otağında oturmuş haker da edə bilərdi".

2016-cı ilin prezidentlik kampanıyasının New York-da keçirilən ilk debatı tarixin ən populyar teledebatı ola bilər.

Debatı izləyənlərin sayının 100 milyona çata biləcəyi deyilir.

Sorğulara görə, Hillary Clinton və Donald Trump-ın reytinqləri arasında fərq son zamanlar kəskinliklə azalıb. Sabiq dövlət katibi Clinton, rəqibi Trump-dan yalnız 2 faiz qabaqdadır.

Bu barədə daha geniş