Kolumbiya: sülh razılaşması 52 illik müharibəyə son qoydu

Sülh sazişinə Kolumbiya prezidenti Santos ve FARC lideri Timochenko imza atdı. Fotonun müəllifi AFP
Image caption Sülh sazişinə Kolumbiya prezidenti Santos ve FARC lideri Timochenko imza atdı.

Kolumbiyanın Prezidenti Juan Manuel Santos və solçu üsyançı hərəkatının Timochenko təxəllüslü lideri (əsl adı Timoleon Jimenez-dir) razılaşma imzalayaraq 52 illik silahlı münaqişəni sona çatdırıblar.

Məlumata əsasən, üsyançıların lideri razılaşmanı güllədən hazırlanmış qələmlə imzalayıb.

Ölkə tarixində ilk dəfə olaraq FARC-ın lideri və Kolumbiya prezidenti bir birinin əlini sıxıblar. Mərasimdə hamı sülh simvolu olaraq ağ geyimdə olub.

Sənədin imzalanmasından sonra, üsyançıların lideri çıxış edərək münaqişənin çox saylı qurbanlarının ailələrinə baş sağlığı verərək onlardan üzr istədi.

Kolumbiya höküməti ilə üsyançılar arasındaki münaqişə Qərb yarımkürəsinin tarixində ən uzun müddətli münaqişədir: qarşıdurma 52 ildən çox davam edib.

Münaqişə tərəfləri dörd illik danışıqlardan sonra, bu ilin avqust ayında razılığa gəliblər. Bunun ardınca FARC lideri öz döyüşçülərinə qecə yarıdan sonra silahları yerə qoyub atəşkəsə əməl etməni əmr verib.

Fotonun müəllifi Reuters
Image caption Kolumbiya hökumətilə üsyançılar arasında qarşıdurma Qərb yarımkürəsində ən üzunmüddətli münaqişə oldu.

Öz növbəsində Kolumbiya prezidenti Juan Manuel Santos-da munaqişənin sona çatdığını elan etdi.

Razılaşmaya əsasən, xüsusilə ağır hərbi cinayətlərə cəlb edilmiş şəxslər daxil olmaqla, üsyançılara amnistiya veriləcək və keçmiş döyüşçülər cəmiyyətə bir daha inteqrasiya olacaqlar.

Razılaşma həmçinin Kolumbiyada torpaq islahatları və münaqişə illərində törədilmiş cinayətləri araşdırmaq üçün xüsusi məhkəmələrin yaradılmasını nəzərdə tutur.

FARC və hökümət arasındakı razılaşmanın bəzi məqamları konstitusiyaya dəyişikliklər tələb edir. Bu dəyişikliklər oktyabr ayında ümümxalq səsverməsinə çıxarılacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş