İsrailin keçmiş prezidenti Şimon Peres 93 yaşında dünyasını dəyişib

İki dəfə İsrailin baş naziri və bir dəfə prezidenti olan Şimon Peres 93 yaşında dünyasını dəyişib Fotonun müəllifi Getty Images
Image caption İki dəfə İsrailin baş naziri və bir dəfə prezidenti olan Şimon Peres 93 yaşında dünyasını dəyişib

İki dəfə İsrailin baş naziri və bir dəfə prezidenti olan, Şimon Peres 93 yaşında dünyasını dəyişib.

O, iki həftə əvvəl beyin qanamasından əziyyət çəkirdi və onun vəziyyəti çərşənbə axşamı qəfil pisləşməzdən əvvəl yaxşılığa doğru gedirdi.

Cənab Peres, Fələstinlə aparılan sülh danışıqlarındakı roluna görə 1994-cü ildə Nobel Sülh mükafatına layiq görülüb.

O, Nobel Sülh mükafatını sonradan öldürülən həmin dövrün baş naziri Yitzhak Rabin və Fələstin lideri Yasser Arafatla bölüşüb.

Cənab Peres bir dəfə demişdi ki, Fələstin İsrailin "ən yaxın qonşusu" olub və indi isə "ən yaxınn dostu" ola bilər.

Cənab Peres Tel-Əviv yaxınlığında yerləşən hospitalda, çərşənbə günü səhər saatlarında dünyasını dəyişib.

İsrail baş naziri Benyamin Netanyahu "millətin sevimlisinin dünyasını dəyişməsindən dərin hüzn hissi keçirdiyini" dilə gətirib.

ABŞ prezidenti Barack Obama öz çıxışında cənab Peresi "əziz dostu" adlandırıb.

Yaşlı vaxtlarında belə Şimon Peres ictimai aktivliyini saxlayır və özünün qeyri hokumət yönümlü Sülh üçün Peres Mərkəzindən İsrail və Fələstin arasındakı sülh münasibətlərilə bağlı sualları cavablandırırdı.

2013-cü ildə o deyib: "Burda sülhə alternativ yoxdur. Müharibəyə getməyin də mənası yoxdur."

O prezidentlik postundan 2014-cü ildə ayrılıb.

Bu barədə daha geniş