Britaniya mətbuatı: Kasıbçılıq insanı niyə daha tez qocaldır?

Britaniya mətbuatı

"The İndependent" yazır ki, yoxsulluğun girdabına düşmək insanları daha az ağıllı edir və onları vaxtından əvvəl qocaldır.

Məqalədə deyilir ki, alimlərin araşdırmasına görə bunun əsas səbəbi pul azlığı, antisanitariya şəraitinin yaratdığı stress, habelə siqaret və alkoqolun ifrat istehlakıdır.

Miami Universitetindən professor Adina Zəki əl-Həzzurinin bu barədə məqaləsində deyilir ki, yoxsulluq hətta yüksək səviyyədə təhsil almış insanları da təsirləndirə bilər.

"The İndependent" yazır ki, alimlər bu barədə nəticəni 3400 pasientin ürək qüsurlarını araşdırarkən əldə ediblər.

Məqalədə deyilir ki, araşdırma zamanı iştirakçıların pul gəlirləri və "qavranan yaşlanma"sı nəzərə alınıb.

Qavranan yaşlanma dedikdə insanın özünü neçə yaşında hiss etməsi nəzərdə tutulur.

Alimlər bu nəticəyə gəliblər ki, yoxsulluq beynin işləmə sürətini və onun qərarlar qəbul etmək qabiliyyətini azaldır.

"The İndependent" yazır ki, alimlər yoxsulluğun insan beyninə mənfi təsirinin bir neçə əsas səbəbini görürlər.

Alimlərin fikrincə, birincisi aşağı gəlir insanı sağlam olmayan vərdişlərə - spirtli içkilərə və siqaretə aludə edir.

İkincisi aşağı gəlirlər insanın yaxşı təhsil almasına, biliklərini artırmasına mane olur.

Üçüncü səbəb bundan ibarətdir ki, yoxsulluğun yaratdığı sarsıntı beynin ən dərin qatlarına təsir edir.

Dünyanın ilk üçvalideynli uşağı "normal" doğulub

Fotonun müəllifi Sean Gallup/ Getty

"The Guardian" yazır ki, dünyanın ilk üçvalideynli uşağı doğulduqdan sonra özünü tamamilə yaxşı hiss edir.

Uşağın iordaniyalı valideynləri suni mayalandırma əməliyyatına görə Meksikaya səfər etmişdilər.

Orada onları ABŞ süni mayalandırma ekspertləri müalicə edirdilər.

New York-dakı Yeni Ümid Mayalandırma Mərkəzinin həkimləri ziddiyyətli mitoxondri transferi əməliyyatını həyata keçirməyə risk ediblər.

Üçvalideynli mayalandırma proseduru irsi xəstəliyi olan ananın yumurta hüceyrəsindəki mitoxondrinin sağlam donorun mitoxondrisi ilə əvəz edilməsini nəzərədə tutur.

"The Guardian" yazır ki, bir çox ekspertlər uşağın doğulması xəbərini alqışlasa da, bəziləri ABŞ həkimlərini bu əməliyyatı həyata keçirmək üçün Amerika xaricinə səfərə görə qınayıblar.

Onların firkrincə, buna səbəb belə ziddiyyətli əməliyyatların hüquqi baxımdan ABŞ-da keçirilməsinin daha mürəkkəb ola biləcəyi idi.

Əslində New Scientist məcmuəsinə müsahibə verən həkimlər etiraf ediblər ki, ABŞ-dan fərqli olaraq bir çox ölkələrin qaninvericiliyində bu sayaq əməliyyatlara qadağan qoyulmaylb.

"The Guardian" yazır ki, mitoxondrinin köçürülməsi əməliyyatları Böyük Britaniyada 2015-ci ildən bəri leqallaşdırılıb.

Mitoxondrinin sağlam yumurta hüceyrəsinə köçürülməsi bir sıra qorxulu irsi xəstəliklərin uşağa keçməsinə imkan vermir. Beləki irsi xəstəliklərin genləri bir qayda olaraq mitoxondridə olur.

Məqalədə deyilir ki, İordaniyadan olan qadın qorxulu Ley sindromu xəstəliyinin daşıyıcısı idi və bu gen uşağa da ötürülə bilərdi.

Konkret olaraq söhbəti gedən ər-arvad 10 ildən bəri evli olduqlarına baxmayaraq uşaqları yox idi.

"The Guardian" yazır ki, ana zahirən tamamilə sağlam olsa da onun genlərinin üçdə ikisi sözü gedən sindromun daşıyıcısı idi.

Bu əməliyyata başçılıq etmiş doktor Zhang ananın yumurta hüceyrəsindəki nüvəni donor yumurtasına köçürüb. Bundan sonra həmin yumurta qadının ərindən götürülmüş spermlə mayalandırılıb.

Texniki baxımdan bu, sağlam mitoxondrinin köçürülməsi əməliyyatı kimi qiymətləndirilə bilər.

Lakin əməliyyatı tənqid edənlər onun yarıgizli şəkildə həyata keçirilməsidən narazılıq edirlər.

"The Guardian" yazır ki, uşağın hələ aprel ayında doğulmasına baxmayaraq xəbərin indi yayılması da məhz bununla əlaqədar olub."

Əlaqəli mövzular

Bu barədə daha geniş