MH17 təyyarəsini vuran raket “Rusiyadan gətirilib”

Malayziya təyyarəsi Fotonun müəllifi AFP

2014-cü ildə Ukraynanın şərqində Malayziya təyyarəsini vuran raket rusiyapərəst üsyançıların nəzarətində olan ərazidən buraxılıb, MH17 reysinin qəzaya uğraması ilə bağlı təhqiqat aparan qrup bildirir.

Qrupa daxil olan prokurorlar raketin Ukrayna ərazisinə Rusiyadan gətirildiyini deyirlər.

Amsterdamdan Kuala Lumpura yollanarkən Ukrayna hava məkanında parçalanmış Boeing 777 təyyarəsinin göyərtəsində olan 298 adamın hamısı həlak olub.

Onların əksəriyyəti Niderland vətəndaşı olub.

"Onlar bizə BUK-un necə daşınmasını söyləyib və bu nəticəyə hansı lent, görüntü və videomateriallara əsasən gəldiklərini deyiblər", hadisədə qardaşı qızını itirən Robby Oehler BBC-ə deyib.

Fotonun müəllifi Reuters
Image caption Ukraynanın şərqindəki separatçılar hadisəyə aidiyyatı olmadığını deyirlər

Rusiya raketin Ukraynanın şərqindəki üsyançılar tərəfindən buraxılması barədə iddiaları qəbul etmir.

Təyyarə qəzasını Niderlandın təşəbbüsü ilə yaradılmış Müştərək Təhqiqat Qrupu araşdırır. Onun tərkibinə Niderland, Avstraliya, Belçika Malayziya və Ukrayna təhqiqatçıları daxildir.

Əlaqəli mövzular

Bu barədə daha geniş