Britaniyalı boksçu Mike Towel nokdaundan sonra ölüb

Mike Towell Fotonun müəllifi SNS
Image caption Döyüşdən sonra kritik vəziyyətdə olan boksçu xəstəxanaya aparılıb

Britaniyalı boksçu Mike Towell rinqdə aldığı ciddi zədələrdən sonra xəstəxanada ölüb.

Glasgow şəhərinin Radisson Blu hotelində Dale Evans-la görüş vaxtı Towell iki dəfə nokdauna göndərilib.

İlk zərbədən sonra döyüş davam etdirilib. Lakin ikinci nokdaundan sonra boksçu huşunu itirib.

Mike Towell rinqdən xəstəxanaya xərəkdə aparılıb.

Fotonun müəllifi Getty Images
Image caption Orta ağır çəki kateqoriyasında çıxış edən Towell bir dəfə də olsun məğlub edilməmişdi

25 yaşlı peşəkar boksçu idman karyerası boyunca bir dəfə də olsun məğlub edilməyib. 11 qələbəyə imza atan Towell yalnız bir görüşü heç-heçə ilə başa vurub.

Əlaqəli mövzular