Trump-ın '18 il vergidən yayındığı" iddia edilir

Donald Trump 1995-ci ildə Fotonun müəllifi AP

New York Times qəzeti ABŞ-da prezidentliyə namizəd Donald Trump-ın 1995-ci ildə 900 milyon dollar məbləğində zərər etdiyini deyərək federal gəlir vergisi ödəmədiyini iddia edir.

New York Times qəzeti yazır ki, bu, respublikaçıların namizədinə təxminən 18 il qanuni yolla vergi ödəməkdən yayınmağa yardım edib.

Onun kampaniyası cənab Trump-ın vergi bəyannamələrini dərc etməkdən imtina edib və onun zərərinin miqyası nə təsdiq, nə də təkzib edib.

Demokratların namizədi Hillary Clinton onun vergi sənədlərinin xeyli hissəsini əldə edib.

Bazar ertəsi ilk prezidentlik debatı zamanı xanım Clinton qeyd edib ki, rəqibi "dəhşətli bir şeyi" gizlədir.

Xanım Clinton onu federal gəlir vergisini ödəməməkdə ittiham edərkən cənab Trump cavab verib: "Bu, mənim ağıllı olduğumu göstərir".

Hillary Clinton təxminən son 40 il üçün vergi bəyannamələrini ictimaiyyətə təqdim edib.

Fotonun müəllifi AFP
Image caption Xanım Clinton ilk debatda vergi məsələsini qabardıb

"Çox bacarıqlı iş adamı"

New York Times qəzetinin məqaləsində deyilir ki, sənədlər müxbirlərdən birinə ötən ay göndərilib.

Daşınmaz əmlak maqnatının sabiq mühasibi, cənab Trump-ın vergi bəyannamələrini doldurmuş Jack Mitnick bildirib ki, sənədlər 1995-ci il sənədlərinin bir hissəsinin həqiqi surətidir.

Şənbə günü cənab Trump New York Times-ı "Clinton kampaniyasının bir hissəsi" adlandırıb.

Onun kampaniyası bildirib ki, cənab Trump "çox bacarıqlı iş adamı"dır və biznesi, ailəsi və işçiləri qarşısında qanunla nəzərdə tutulandan artıq vergi ödəməməyə məsuliyyətlidir.

1976-cı ildən bəri ABŞ-da prezidentliyə bütün namizədləri vergi bəyannamələrini ictimailəşdirib.