Haiti: son 10 ilin ən güclü qasırğası gözlənilir

Son dəfə 2007-ci ildə Felix qasırğasından sonra belə güclü təbiət hadisəsi baş verir Fotonun müəllifi Reuters
Image caption Son dəfə 2007-ci ildə Felix qasırğasından sonra belə güclü təbiət hadisəsi baş verir

Haitidə Matthew qasırğasının ən çox təhlükə yaratdığı ərazilərdən əhalinin köçürülməsinə başlanıb.

Küləyin sürətinin saatda 240 kilometrə çatacağı güman edilən qasırğanın həmçinin daşqınlara səbəb olacağı deyilir.

10 ildə bir dəfə verən belə bir güclü Atlantik okeanı qasırğası Haiti və Yamaykada bazar ertəsi başlaya bilər, ABŞ Milli Qasırğa Mərkəzi bildirir.

Fotonun müəllifi AP
Image caption Yamaykanın baş naziri bildirib ki, xalq ən pis vəziyyətə hazır olmalıdır.
Fotonun müəllifi AFP
Image caption Yamayka: insanlar ərzaq tədarükü görür
Fotonun müəllifi AFP
Image caption Rəsmilər balıqçılığı müvəqqəti qadağan edib

Ən kasıb Latın Amerikası ölkəsi sayılan Haitidə əhaliyə balıqçılıq müvəqqəti qadağan edilib.

Qasırğanın, həmçinin 101 santimetr həcmində yağış gətirəcəyi güman edilir.

Matthew qasırğası çərşənbə axşamı günü Kubaya çatacaq.

Son dəfə 2007-ci ildə Felix qasırğasından sonra belə güclü təbiət hadisəsi baş verir

Əlaqəli mövzular