Efiopiya: etiraz aksiyasında ölüm

yaralı iştirakçılar Fotonun müəllifi Reuters
Image caption Oromialılar paytaxtın genişləndirilməsinə etiraz edib

Efiopiyada hüquq-mühafizə orqanlarının etirazçılara güllə atmasından sonra onlarla insan öldürülüb və yaralanıb.

Məlumatlara görə, bəzi insanlar qoşunların atəşindən sonra izdihamda yaranmış çaxnaşmada ölüb.

Paytaxt Əddis Əbəbə şəhərindən 40 kilometr yaxınlıqda yerləşən Bishoftuda dini bayram keçirilib.

Bəzi xəbərlərdə deyilir ki, hökümətə qarşı etiraz aksiyasında iştirakçılar qoşunlara daş və butulka atıb. Bəzilərində isə tamamilə sülh etirazının olduğu qeyd edir.

Rəsmi bəyanatda deyilir ki, "itirilmiş həyatlar"a məsuliyyət daşıyanlar cavab verəcək."

Fotonun müəllifi Reuters
Image caption Efiopiyada qanlı münaqişələr tez-tez baş verir

Oromio-dan olan fəal Jawar Mohamed deyir ki, təxminən 300 nəfər ölüb və onlarla insan yaralanıb.

Onun sözlərinə görə, atəş qoşundan və hərbi helikopterdən açılıb.

Məlumatı müstəqil təsdiq etmək mümkün olmayıb.

Əlaqəli mövzular