Suriya münaqişəsi: ABŞ Rusiya ilə danışıqları dayandırır

Rusiya hava qüvvələrinin dəstəklədiyi Suriya hökumət qüvvələri Hələb şəhəri ətrafında topalnır Fotonun müəllifi EPA
Image caption Rusiya hava qüvvələrinin dəstəklədiyi Suriya hökumət qüvvələri Hələb şəhəri ətrafında topalnır

ABŞ rəsmi Moskvanı atəşkəs danışıqlarına göstərdiyi səylərini "doğrultmamaqda" ittiham edərək Rusiya ilə Suriya münaqişəsi haqda danışıqları dayandırdığını deyir.

Vaşinqton, Rusiya və Suriya hökumətini dinc sakinlərə qarşı hücumları intensivləşdirməkdə günahlandırıb.

Ötən həftə ABŞ xəbərdarlıq etmişdi ki, Moskva Hələb şəhərini bombalamağı dayandırana qədər danışıqları dayandıra bilər.

Rusiya deyib ki, ABŞ-ın ötən ay baş verən atəşkəs pozulmasında Moskvanı günahlandıraraq belə bir addım atmasına təəssüflənir.

Suriyanın şimalında yerləşən və ən böyük şəhəri olan Hələb iki həftə əvvəl, atəşkəsin bitməsindən sonra ağır hava hücumlarına məruz qalıb.

Üsyançıların nəzarətində olan ərazidə yerləşən əsas hospital həftə ərzində 3 dəfə hava hücumuna məruz qalıb, bazar ertəsi fəallar deyib.

İttihamlar

Bəyanatda Dövlət Departamenti sözşüsü John Kirby deyib: "ABŞ hərbi əməliyyatların dayandırlması haqda Rusiya ilə apardığı ikitərəfli danışıqlarda iştirakını dayandırır.

"Təəssüf ki, Rusiya öhdəsinə düşənləri edə bilmədi.. və Moskva razılaşdığı tədbirlərin Suriya rejimi tərəfindən əməl olunmasını təmin etməyi ya bacarmadı ya da bunu etməyə istəksizdir.

Əvəzində, Rusiya və Suriya rejimi hərbi kursu davam etdirməyi seçdi", cənab Kirby deyib və əlavə edib ki, "bu asanlıqla qəbul edilən qərar deyil".

ABŞ-ın danışıqları dayandırmasına cavab olaraq xarici işlər nazirliyi sözçüsü Mariya Zaxarova deyib: "Biz Vaşinqtonun bu qərarına təəssüf edirik."

"Vaşinqton Hələb şəhəri ətrafında humanitar yardımın inkişaf etdirilməsi üçün razılaşmada göstərilən əsas şərtləri həyata keçirmədi.

"Onlar özləri işləyib hazırladıqları razılaşmanı yerinə yetirmədikdən sonra məsuliyyəti kiminsə, başqasının boynuna atır", xanım Zaxarova deyib.

Buna baxmayaraq, hər iki tərəf toqquşmalardan qorunmaq üçün Suriyada terrorizmə qarşı mübarizə əməliyyatlarında danışıqları davam etdirmək istəyir.

Bu barədə daha geniş