Fizika üzrə Nobel mükafatı qeyri-adi maddəni araşdıran alimlərə verilib

WInners Fotonun müəllifi Anders Wiklund

2016-cı ilin fizika üzrə Nobel mükafatı "maddənin qeyri-adi halları" ilə bağlı elmi ixtiranın müəllifi olan Britaniya əsilli 3 alimə verilib.

David Thouless, Duncan Haldane və Michael Kosterlitz-in adları İsveçdə keçirilən mətbuat konfransında elan olunub.

1901-ci ildən bəri fizika üzrə 200 Nobel mükafatı verilib.

Nobel Komitəsi bildirir ki, alimlərin işi "naməlum dünyaya qapı açmış olub".

Nobel mükafatını qazanan təhqiqatçılar çox soyuq və aşırı dərəcədə yastı olan maddədə atomların qeyri-adi hərəkətini təsbit ediblər.

Bu fenomen sərt maddənin mayedən qaz halına keçməsi vaxtı onun müxtəlif fazaları barədə mövcud olan elmi məlumatları tamamlayır.

Hər üç alim superötürücü, supermaye və maqnetik lentlərdə rast gəlinən qəribə halları izah etmək üçün riyazi formulalardan istifadə edib. Elmi ixtiranın nəticələri yeni materialların yaradılması vaxtı istifadə oluna bilər.

Britaniyada anadan olmuş fiziklər hazırda ABŞ-da mənzillənirlər: David Thouless 1934-cü ildə Britaniyanın Bearsden şəhərində anadan olub. O, Washington Universitetinin sabiq professorudur.

1951-c il təvəllüdlü London sakini Duncan Haldane ABŞ-dakı Princeton Universitetində işləyir. 1942-ci ildə Aberdeen şəhərində dünyaya gələn Michael Kosterlitz isə Brown Universitetinin müəllimidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş