Matthew qasırğası: Haitidə minlərlə insan evsiz qalıb

Port-au-Prince şəhərində kişi suyun içi ilə gəzməyə çalışır Fotonun müəllifi AFP
Image caption Port-au-Prince paytaxt şəhərində daşqınlar yolları istifadəsiz hala gətirib

Kariblərdə adətən on ildə bir dəfə baş verən qasırğa Haitidə minlərlə insanı evsiz-eşiksiz qoyub.

Rəsmilərin çox dağılmış ərazilərə çatmasına əngəllər yaratmış Matthew qasırğası azı 2 nəfərin ölümünə səbəb olub.

Hazırda dağıdıcı təbiət hadisəsi Kubanın şimal-şərqindən Floridaya doğru irəliləyir.

Cənubi Karolina bir milyondan çox insanın köçürülməsinə hazırlaşır.

Haitidə küləyin sürəti saatda 230 kilometrə çatıb, güclü yağışlar yağıb və təhlükəli fırtınalar qopub.

Fotonun müəllifi AP
Image caption Qasırğadan öncə hökümətin göndərdiyi sosial işçilər insanları evlərindən köçməyi xahiş edib

Azı on min insan sığınacaqlara köçürülüb, qələbəliyin olduğu xəstəxanalarda təmiz su çatışmazlığı barədə məlumatlar gəlir, BMT-nin Haitidə xüsusi nümayəndəsi Mourad Wahba söyləyib.

Fırtına kommunikasiya xətlərini və yolları sıradan çıxarıb.

Qasırğa paytaxt Port-au-Prince şəhəri ilə ölkənin cənub hissəsini bağlayan yeganə körpünü dağıdıb, nəticədə cənub rayonlarına yardım etmək çətinləşib.

Les Cayes port şəhərində vəziyyət daha "fəlakətlidir", evlərin çoxu damsız qalıb, merin müavini Marie Claudette Regis Deler bildirib.

Fotonun müəllifi Reuters
Image caption Les Cayesdə dağıntılar güclü olub, lakin hələlik dağıntıların miqdarı hesablanmayıb

"İnsanların çoxu yardım istəyir, lakin indi çox gecdir çünki onları təxliyə etmək üçün yol yoxdur", Les Cayes üçün Katolik Kömək Xidmətinin direktoru Fonie Pierre AP-ə deyib.

Unicef bildirib ki, bu ölkədə 4 milyondan çox uşaq qasırğadan zərərçəkmiş kimi tanına bilər, çünki sudan yaranan xəstəlik yayılmaqdadır.

Haiti dünyanən ən kasıb ölkələrindən biridir - burada insanların çoxu dağılmağa meylli evlərdə yaşayır.

Fotonun müəllifi Reuters
Image caption Qasırğadan öncə insanlar bazarlıq edir

Qonşu Dominican Respublikasında isə azı 4 nəfər divarların dağılması və palçıq lavaları səbəbilə həyatını itirib.

Matthew qasırğası regionda 2007-ci ildə Felix qasırğasından sonra ən güclüsüdür.

Fotonun müəllifi Reuters
Image caption Haitidə insanların çoxu dağılmağa meylli evlərdə yaşayır

Bu barədə daha geniş