Portuqaliyadan olan Antonio Guterres BMT baş katibi olmağa hazırlaşır

Antonio Guterres Portuqaliyanın sabiq baş naziri və BMT Qaçqın Agentliyinin rəhbəri olub Fotonun müəllifi AFP
Image caption Antonio Guterres Portuqaliyanın sabiq baş naziri və BMT Qaçqın Agentliyinin rəhbəri olub

Portuqaliyanın sabiq baş naziri Antonio Guterres BMT-nin növbəti baş katibi olmağa hazırlaşır, BMT diplomatları deyib.

67 yaşlı cənab Guterres "aşkar favorit" idi, Rusiyanın BMT-də olan səfiri Vitali Çurkin, çərşənbə günü bəyan edib.

Namizəd seçimini təsdiqləmək üçün formal səsvermə cümə axşamı, BMT Təhlükəsizlik Şurasında keçiriləcək.

BMT Qaçqın Agentliyinə 10 ilə yaxındır rəhbərlik edən cənab Guterres yeni postu sələfi, Ban Ki-moon-dan gələn ilin əvvəli təhvil alacaq.

Dünya necə reaksiya verdi?

BMT Təhlükəzilik Şurasının hazırkı rəhbəri və Rusiyanın qurumdakı səfiri Vitali Çurkin deyib ki, bütün namizədlərdə "müdriklik, anlayış və dünyanın taleyi ilə bağlı narahatlıqlar var idi", lakin "bizim aşkar favoritimiz var və onun adı Antonio Guterres-dir".

Baş katibin qadın olmasına və ya Şərqi Avropadan seçilməsinə ümid edən namizədlərin təbliğatını aparan insanlar arasında bir qədər məyusluq hökm sürüb.

Lakin proses "olduqca" mübahisəsiz oldu, ABŞ-ın BMT-dəki nümayəndəsi, Samantha Power deyib.

"Sonunda, təcrübəsinə, baxışlarına və bir çox sahələrdəki universallığı ilə tamlıq təşkil edən bir namizəd var idi", o deyib və əlavə edib ki, proses əvvəlkindən daha çox araşdırma cəlb etmişdi.

"İnsanlar bütün proses boyu onları heyran edən insan ətrafında birləşdi."

BMT-də heç vaxt rəhbər vəzifədə qadın olmayıb. Bu ilki 13 namizəd arasında 7-si qadın idi.

Cənab Guterres-in namizədliyinin BMT Baş Assembleyasında təsdiqlənməsi üçün formal səsvermə cümə axşamı günü baş tutacaq.

2017-ci ilin yanvarında cənab Ban, 10 illik rəhbərlikdən sonra vəzifəsindən gedəcək.