Matthew qasırğasına görə Haitidə yüzlərlə insan ölüb

Corail kəndindəki dağıntının səmadan görüntüsü Fotonun müəllifi Reuters
Image caption Corail kəndindəki dağıntının səmadan görüntüsü

Haitidə onillik boyu ən güclü Karib fırtınası sayılan Matthew qasırğası nəticəsində ölüm sayı 283-də çatıb, hökumət bildirir.

Məlumata görə, təkcə Roche-a-Bateau şəhərində 50 nəfər həyatını itirib, Sud əyalətində 30 min ev dağılıb.

ABŞ ştatı Floridaya tərəf yönəlmiş qasırğa, ikinci ən güclü qasırğa təsnifatı sayılan 4-cü dərəcə fırtına səviyyəsinə yüksəlib.

Ölənlərin yeni sayı barədə məlumat Haiti dövlət rəsmiləri tərəfindən verilib. Cümə axşamı bu say 100 nəfərdən artıq idi.

Fotonun müəllifi AFP/getty
Image caption Qasırğa nəticəsində on minlərlə ev məhv edilib

Matthew qasırğası son 10 ilin ən güclü fırtınası sayılır. Baham adalarında başlayan fırtına Cuba və Haitiyə doğru irəliləyib.

Qasırğa ən çox ziyanı Haitinin sahilyanı şəhər və kəndlərinə vurub. Burada bir çox insan ağacların aşması, sel və daşqınlar nəticəsində həlak olub.

Qeyri hökumət təşkilatları telefon xətlərinin və elektrikin kəsildiyini bildirir.

Fotonun müəllifi AP
Image caption İçməli su daşıyan qız (Les Cayes, Haiti, 6 oktyabr)

BBC-nin əməkdaşı Tony Brown-un verdiyi xəbərə görə, şimal- qərbi Haitidə insanlar öz gücləri hesabına fəlakətdən xilas olmağa çalışır.

ABŞ ən çox ziyan görmüş bölgələrə kömək üçün qida və su çatdıracaq doqquz hərbi helikoper göndərir.

Haiti dünyanən ən kasıb ölkələrindən biridir - burada insanların çoxu dağılmağa meyilli evlərdə yaşayır.

Çərşənbə günü qonşu Dominican Respublikasında isə azı 4 nəfər divarların dağılması və palçıq lavaları səbəbilə həyatını itirib.

Yaxınlaşan qasırğaya görə, ABŞ-ın Florida ştatının atlantik sahillərini milyonlarla sakin tərk edir.

Fotonun müəllifi AFP
Image caption Orlandoda turistlər Disney-in Sehirli Sarayını tərk edir

Milli qasırğa proqnozlaşdırılması mərkəzi xəbərdarlıq edib ki, fırtına nəticəsində dalğaların yüksəkliyi 5 metrə qədər qalxa bilər.

Fotonun müəllifi Reuters
Image caption ABŞ yardım etmək üçün Haitiyə 9 helikopter göndərib

Prezident Barack Obama üç ştatda fövqəladə vəziyyət elan edib, ora əlavə xilasetmə qrupları göndəriləcək.

Bir çox rayonlarda sürücülər benzin üçün növbəyə düzülüb, yerli sakinlər su və ərzaq ehtiyatı alıb. Məktəblər, universitetlər və hökumət müəssisələri bağlanır.

Mayami hava limanlarından uçuşların təxminən 90 faizi ləğv edilib.