Funt dollara qarşı kəskin dəyər itirib

BGX Fotonun müəllifi Reuters

Britaniya funt sterlinqi ABŞ dollarına qarşı Brexit səsverməsindən sonra ən çox dəyər itirib.

Bir mərhələdə funt 6 faiz aşağı enərək 1.1841 dollar olub. Bu, Britaniyanın Avropa İttifaqını tərk etməsinə dair Brexit referendumundan sonra ən böyük enişdir.

Qəfil dəyərdən düşməyə nəyin səbəb olduğu aydın deyil. Analitiklərin bildirdiyinə görə, bu, avtomoatlaşdırılmış ticarət sistemlərinin xəbərlərə reaksiyası ola bilər.

Funt, Britaniyanın Aİ-ni tərk etməyə qərar verməsindən sonra qeyri sabit olaraq qalır.

Bu kəskin enişdən əvvəl Financial Times qəzeti Fransa prezidenti Francois Hollande-a istinadən "çətin Brexit danışıqlarının" olacağını yazıb.

"Bu enişə dəqiq nəyin səbəb olduğunu demək çətindir," maliyyə bazarların təhlilçisi Angus Nicholson BBC-ə deyib.

Ekspertlər hesab edir ki, Brexit-lə bağlı mənfi xəbərlərin yayılması funtun enişinə səbəb olur.

Funtun enişinə sadə səhvin səbəb ola biləcəyi da təxmin edilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş