Nobel Sülh Mükafatı Kolumbiya prezidentinə verilib

Juan Manuel Santos Fotonun müəllifi EPA

Nobel Sülh Mükafatı bu il Kolumbiya prezidenti Juan Manuel Santos-a verilib. O, 52 illik münaqişəyə son qoymaq üçün gördüyü işlərə görə bu mükafata layiq görülüb.

Norveçdəki Nobel komitəsi onu 4 illik danışıqlardan sonra FARC üsyançıları ilə əldə etdiyi sülh sazişinə görə alqışlayıb.

Lakin ötən həftə keçirilən referendumda kolumbiyalılar kiçik səs fərqilə razılaşmanı rədd edib.

Münaqişə nəticəsində 260 000 adam həlak olub. Altı milyondan çox adam didərgin düşüb.

"Norveç Nobel Komitəsi 2016-cı il Nobel Sülh Mükafatını Kolumbiya prezidenti Juan Manuel Santos-a vermək qərarına gəlib. Bu, onun ölkədə 50 ildən çoxdur davam edən münaqişəyə son qoymaq üçün göstərdiyi səylərə görədir", komitənin sədri Kaci Kullmann Five deyib.

Cənab Santos vəd edib ki, üsyançılarla danışıqlara davam edəcək. Tənqidçilərin dediyinə görə o, qrupa həddindən artıq çox güzəştə getmişdi.

Bu barədə daha geniş